Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Valentina Matviyenko: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi dünyadakı nüfuzunu göstərir”
09.04.12 20:26

“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsinə Rusiya tərəfi məmnundur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycanın üzvlüyü iki ölkənin beynəlxalq səviyyədə əməkdaşlığı üçün də yeni imkanlar açır. “Əksər məsələlər üzrə bizim mövqelərimiz ya üst-üstə düşür, ya da yaxındır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında iştirakı bir çox beynəlxalq məsələnin həllində əməkdaşlığımıza imkan yaradacaq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi faktı dünyadakı nüfuzunu göstərir. Bu, Rusiya və Azərbaycan arasında əlaqələrə daha geniş zəmin yaradacaq” - deyə V.Matviyenko vurğulayıb. Şura sədri deyib ki, iki ölkə son illərin ən böyük ticarət dövriyyəsi həcminə nail olub. “Bu rəqəm 2 milyard 800 milyon dollar təşkil edir. Bu il də ticarət dövriyyəsinin artım tempi pozitiv sayıla bilər. Ümidvarıq ki, 2012-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dolları keçəcək” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6076.html