Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Valentina Matviyenko: “RLS ilə bağlı Azərbaycana nativ məkan düşünmürük”
10.04.12 02:26

“Mən əminəm ki, Azərbaycan və Rusiya arasında Qəbələ RLS ilə bağlı danışıqlar uğurla nəticələnəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisdə keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, hazırda bununla bağlı tərəflər arasında ciddi danışıqlar prosesi gedir və danışıqlarda qeyri-normal heç bir şey yoxdur. “Biz əminik ki, bu RLS-in işləməsində Rusiya kimi Azərbaycan tərəfi də maraqlıdır və biz RLS ilə bağlı Azərbaycana nativ məkan düşünmürük” - deyə V.Matviyenko vurğulayıb. Konfransda Ermənistan baş nazirinin ölkəsinin RLS ilə bağlı nativ məkan olması ilə bağlı bəyanatına toxunan spiker Oqtay Əsədov isə deyib ki, Ermənistan tərəfi özünə aidiyyəti olmayan danışıqlarla bağlı belə bəyanatlar verməklə çox tələsir. “RLS ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar hələ davam edir” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6075.html