Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Pentaqon şefi rəhbəri olduğu qurumun aviaparkını şəxsi məqsədləri üçün istifadə edib
10.04.12 02:26

Pentaqon şefi Leon Panetta rəhbəri olduğu qurumun aviaparkını öz şəxsi məqsədləri üçün istifadə edib. «KƏLAMİNFO» «Qazeta.ru»ya istinadən xəbər verir ki, bu isə ABŞ Müdafiə Nazirliyinə 1 mln. dollara başa gəlib. Məlumata görə, belə çox vəsaitin yığılmasına səbəb onun Kaliforniyanın şimalına tez-tez səfər etməsi olub. Orada onun ailəsi qalır. Pentaqon şefi statusuna görə, başqa cür səyahət edə bilmir. Buna baxmayaraq, o, ABŞ büdcəsinə dəyən zərəri ödəməyə hazır olduğunu bildirib. Qəbul edilən ümumi qaydalara görə, belə olan halda Pentaqonun öz rəhbərindən ala biləcəyi vəsait 17 min dolları keçməyəcək.
URL / WWW
http://kelam.az/article/a-6073.html