Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rəhim Hüseynov: “Azərbaycanda hər 100 nəfərin 68-i internet istifadəçisidir”
07.04.12 13:24

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) ölkədə informasiya-texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi ilə bağlı araşdırma aparıb. “KƏLAMİNFO” xəbər verir ki, bu gün araşdırmanın nəticələrinin təqdimatı keçirilib. Tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, özəl sektorun, o cümlədən İKT şirkətlərinin nümayəndələri iştirak edib. Təqdimatla çıxış edən AMC İdarə Heyətinin sədri Rəhim Hüseynovun sözlərinə görə, araşdırmanın nəticələri göstərir ki, 2011-ci ildə ölkə ərazisində ev təsərrüfatlarının 56 faizində ən azı 1 kompyuter var və ölkədə hər 100 nəfərə düşən kompyuterlərin orta hesabla sayı 22-dir: “Hər 100 nəfərə düşən internet istifadəçisinin sayı 68-dir. Bu isə dünya üzrə orta göstəricidən təqribən 2 dəfə çox deməkdir. Dünyada, o cümlədən Azərbaycanda genişzolaqlı internetə tələbatın artdığı bir şəraitdə ölkədə bu göstəricinin indiki səviyyəsi İKT xidmətlərinin tətbiq səviyyəsinin yüksək olmasından və ölkədə son illər bu sahədə aparılan effektiv qiymət siyasətindən, cəmiyyətin informasiyalaşdırılması istiqamətində əldə olunmuş inkişafdan xəbər verir”. R.Hüseynovun sözlərinə görə, Bakıda və 8 iqtisadi rayonda 6 min adamı əhatə edən sorğunun nəticələri Azərbaycanda İKT-nin gələcəyinə ümidlə baxmağa əsas verir: “Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisə əsasında demək olar ki, ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə geniş potensial mövcuddur”.
URL / WWW
http://kelam.az/article/a-6069.html