Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yol hərəkət qaydalarının pozuntularına görə cərimələr artırılıb
07.04.12 14:24

Parlamentdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetməyə görə cərimənin məbləği 15 manatdan 40 manata qaldırılıb. Bundan başqa, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə cərimələrin məbləği artırılıb. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə 20 manat (hazırda 15 manatdan 20 manata qədərdir), hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə 100 manat (hazırda 20 manatdan 40 manata qədərdir), hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə 150 manat (hazırda 40 manatdan 60 manata qədərdir) miqdarında cərimə müəyyən edilib. “KƏLAMİNFO”nun məlumatına görə, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimənin məbləği 60 manatdan 100 manata qaldırılıb. Bu qayda pozuntusunun il ərzində təkrar törədilməsinə görə cərimənin məbləği 80-100 manatdan 200 manata qaldırılıb. Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəzərdə tutulan cərimə 400 manatadək artırılıb (hazırda 140 manatdan 180 manatadəkdir). Nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 250 manat məbləğində cərimə təklif olunur (hazırda 150 manatdan 200 manatadəkdir). Bundan başqa, dayanma, durma və parklanma qaydalarının pozulması ilə bağlı cərimələrin məbləği artırılıb. Dayanma, durma və ya parklanma qaydalarını pozmağa görə 20 manat cərimə müəyyən edilib (hazırda 15 manatdan 20 manatadəkdir).
URL / WWW
http://kelam.az/article/a-6068.html