Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Qərbin İrana tətbiq etdiyi sanksiyalarda Bakının tutduğu mövqe ən doğru mövqedir”
05.04.12 17:41

“Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda istənilən sahədə - iqtisadi, siyasi və geostrateji baxımdan önəmli ölkədir. Ona görə də regiondakı istənilən gərginlik üçün Azərbaycanın mövqeyi Avropa üçün əhəmiyyətlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Avronest PA-nın həmsədri Kristian Vigenin bildirib. O qeyd edib ki, bu gün Qərbin Azərbaycanla qonşu olan İrana tətbiq etdiyi sanksiyalardan Bakının tutduğu mövqe ən doğru mövqedir. Azərbaycanın istər tarixi baxımdan, istərsə də hazırkı strateji mövqeyi baxımından durumu, regionda baş verə biləcək hansısa münaqişənin buradan yan keçməməsi başa düşüləndir. Bu baxımdan Avropa arzu edər ki, İrana qarşı sanksiyalarda, baş verə biləcək hər hansı toqquşmalarda Azərbaycan zərər görməsin”-deyə K.Vigenin vurğulayıb. Həmsədr deyib ki, rəsmi Bakının da bu yöndə tutduğu mövqe və verdiyi bəyanatlar bu istiqamətdə ümidvericidir.
URL / WWW
http://kelam.az/article/a-6064.html