Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şuranın dəstəyi ilə “Bakı şəhərinin ətraf mühitinin mühafizəsi təşəbbüslərinə ictimai dəstək” layihəsinin icrasına başlanılıb
06.04.12 03:41

“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bakı şəhərinin ətraf mühitinin mühafizəsi təşəbbüslərinə ictimai dəstək” layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya İctimai Birlikdən veriblər. Layihənin məqsədi ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarətdir. Layihənin icrası zamanı əsasən maarifləndirməyə üstünlük veriləcək. Həyata keçirilən yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə siyasəti daha geniş təbliğ olunacaq. Bakı şəhəri və Abşeron yarımadasında icra olunacaq layihənin icra müddəti 4 aydır. Məlumatda qeyd olunur ki, son illər paytaxtın hər yerində aparılan tikinti-quruculuq işləri bir çox hallarda ətraf mühitə mənfi təsir göstərir. İnşaat işlərinə düzgün əməl olunmaması nəticəsində qumlu və tozlu Bakı küçələrinin xoşagəlməz vəziyyəti sakinlərin haqlı narazılıqlarına səbəb olur. Bu bir tərəfdən əhalinin sağlamlığına, digər tərəfdən isə şəhərin ümumi görüntüsünə mənfi təsir göstərir. İlkin müşahidələr belə deməyə əsas verir ki, Bakı tullantıların yaxşı idarə olunmadığı, lakin davamlı tikinti işlərinin aparıldığı, əhali sıxlığının sürətlə artmasına baxmayaraq, yaşıllıqların azaldığı bir şəhərə çevrilməkdədir. Xatırladaq ki, Bakı şəhəri sürətlə inkişaf edən siyasi, iqtisadi və mədəni mərkəz kimi bir sıra mühüm tədbirlərə ev sahibliyi etməkdədir. Xüsusi ilə də dünya miqyaslı məşhur idman, mədəniyyət tədbirlərinə ev sahibliyi etmək üçün infrastruktur qədər əhəmiyyətli məsələlərdən biri də ekoloji təmizlikdir. 2012-cil il “Avrovizya” beynəlxalq mahnı yarışmasının Bakıda keçiriləcəyini və paytaxtımıza on minlərlə turistin gələcəyini nəzərə alsaq, o zaman şəhərimizin ətraf mühitinin qorunmasından ötrü cəmiyyətin bütün təbəqələri əlindən gələni etməlidir.
URL / WWW
http://kelam.az/article/a-6063.html