Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Klintondan İrana sərt xəbərdarlıq
06.04.12 03:40

ABŞ dövlət katibi Hillari Klinton İrana qarşı diplomatiya yolunun sonsuzluğa qədər davam etməyəcəyini, bütün variantların masa üzərində olduğunu deyib. Klinton Tehranı nüvə proqramıyla bağlı narahatlıqlara cavab verməyə çağırıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, dövlət katibi diplomatik həll üçün zamanın məhdud olduğunu bildirərək Tehrandan dərhal müzakirələrə başlamasını istəyib. Tehranın mübahisəli nüvə silahı proqramıyla bağlı beynəlxalq birliyin narahatlıqlarına cavab verməyə başlamasının vacibliyini vurğulayan Klinton əks halda bu ölkəyə qarşı təzyiqlərin və izolyasiyanın davam edəcəyini söyləyib. O, ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları gündəlikdə saxladığını, ancaq diplomatiya üçün bir pəncərənin açıq olduğunu da bildirib.
URL / WWW
http://kelam.az/article/a-6061.html