Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ali təhsildə maliyyələşmə mexanizmlərinə həsr olunan seminar keçirilir
14.01.10 20:30

Bu gün “Park-İnn” otelində ali təhsildə maliyyələşmə mexanizmlərinə həsr olunan seminar öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu Dünya Bankının dəsəyi ilə keçirilən sayca ikinci belə suminardır. Təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən maliyyələşmə islahatlarının yekunda təhsilin keyfiyyətinin yüksəldilməsi və ali təhsil imkanlarının genişləndirilməsi ilə nəticələndiyini diqqətə çatdıran M.Mərdanov bunun üçün ölkəmizdə əsaslı bazanın da formalaşdığını söyləyib. Son illər dövlətin diqqət və qayğısı nəticəsində ali təhsilin maddi-texniki bazasının genişləndirildiyini vurğulayan M.Mərdanov ölkədə “Təhsil haqqında” qanunun qəbul olunduğunu və bunun əsasında Azərbaycanda bakalavr, magistr və doktorantura pillələrinin təsdiq olunuduğunu qeyd edib. Hazırda Azərbaycanda 53 ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir bunların 37-nin dövlət, 16-nın isə qeyri-dövlət ali təhsil müəssisəsi olduğunu bildirib. M.Mərdanov ali təhsilə ayrılan vəsaitlərin ilbəlil artmasına baxmayaraq, onun ümumdaxili məhsulda payının 0,3 faiz təşkil etdiyini söyləyib. M.Mərdanov ali təhsil müəssisələrində tələbə sayı və büdcəsi ilə bağlı müqayisəli təhlilləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ali təhsilin keyfiyyətinin stimullaşdırılmasına maliyyə mexanizmlərinin köməyinin vacib olduğunu söyləyən Dünya Bankının Baş təhsil mütəxəsisi Riçard Hopper isə qeyd edib ki, bunun üçün dövlət resursları da effektiv və səmərəli istifadə olunmalıdır. Onun sözlərinə görə, layihənin reallaşması üçün müəyyən strateji məsələlər müzakirə olunmalı və müvafiq qərar qəbul edilməlidir. Dünya Bankının Ali təhsil proqramının koordinatoru Cəmil Salmi isə bildirdi ki, maliyyələşmə iki yolla olur. Onun sözlərinə görə, birinci yol təhsil müəssisəsinin birbaşa, ikincisi isə tələbələrin dolayı maliyyələşməsidir. Qeyd edək ki, seminarda Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova və digər müvafiq şəxslər iştirk ediblər. Seminar öz işini davam etdirir.
URL / WWW
http://kelam.az/article/a-606.html