Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Facebook” “Yahoo!”ya qarşılıqlı iddia qaldırıb
05.04.12 03:18

“Facebook” sosial şəbəkəsi “Yahoo!” şirkətinə qarşı qarşılıqlı iddia qaldıraraq əvvəllər patent hüququnun pozulması ilə bağlı səsləndirilən iddialara cavab verib. “KƏLAMİNFO” xəbər verir ki, iddiada “Facebook” “Yahoo!”nu sosial şəbəkəyə məxsus bir sıra patentlərin pozulmasında ittiham edib. Sosial şəbəkə nümayəndələrinin fikrincə, “Yahoo!”nun əsas səhifəsi və orada yerləşdirilən reklam, xəbərləri istifadəçilərin maraqlarına uyğun seçən C.O.R.E. texnologiyası, eləcə də şirkətə məxsus populyar “Flickr fotohostinq”i “Facebook”un patent hüquqlarını pozur. İki şirkət arasında patent mübarizəsi 2012-ci il fevralın sonunda – “Yahoo!” “Facebook”u özünün 10 patentinin pozulmasında ittiham etdikdən sonra başlayıb. İki həftə sonra şirkət sosial şəbəkəni məhkəməyə verib. İddialarda internet-reklamın göstərilməsi, mətnli məlumatların ötürülməsi, sosial şəbəkələrdə şərhlərin edilməsi texnologiyası yer alıb. “Facebook” bu ittihamları rədd edir.
URL / WWW
http://kelam.az/article/a-6058.html