Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov Əbülfəz Qarayevin təklifini dəstəklədi
04.04.12 20:18

“Dərslərin tarixi məkanlarda, qoruqlarda keçirilməsi təklifini müsbət qarşılayıram”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Qeyd edək ki, belə bir təkliflə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. M.Mərdanov bildirib ki, tarix, coğrafiya və ekologiya ilə bağlı dərslərin təbiət qoynunda keçirilməsinin tərəfdarıdır: “Dərslərin Qobustan, İçərişəhər və digər tarixi yerlərdə keçirilməsi şagirdlərin yaddaşında daha yaxşı qalar. Mənim fikrimcə, bunu təkcə Bakıda deyil, bölgələrdə də təşkil etməliyik”. Təhsil naziri belə məkanların müəyyənləşdirilməsi, orada şagirdlər üçün şərait yaradılması ilə bağlı tapşırıq verdiyini deyib və bildirib ki, bundan sonra müvafiq tədbirlər planı hazırlanaraq təsdiqlənməlidir.
URL / WWW
http://kelam.az/article/a-6057.html