Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: Dərsliklərdəki nöqsanların aradan qaldırılması üçün ciddi addımlar atılır
04.04.12 20:18

“Dərsliklərdə elə də ciddi problem yoxdur. Ancaq bununla belə, tapşırıq vermişəm ki, dərslikləri hazırlayan qurumlar, nəşriyyatlar, Təhsil Nazirliyinin müvafiq şöbəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə tez-tez görüşsün və mövcud problemləri aradan qaldırsınlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib. M.Mərdanov son aylarda artıq bir neçə belə görüşün olduğunu bildirib: “Müəyyən edilib ki, doğrudan da müəyyən çatışmazlıqlar var. Bu, mümkündür, heç zaman mütləq düzgün dərslik olmayıb. Amma yaxşı olar səhvlər və nöqsanlar daha az olsun. Bu istiqamətdə ciddi addımlar atılır”.
URL / WWW
http://kelam.az/article/a-6056.html