Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Avronest PA-nın iclası göstərdi ki, Azərbaycan beynəlxalq aləmdə öz rolunu artırır”
04.04.12 20:18

Avronest PA-nın Bakıda keçirilən ikinci sessiyası bu gün işini başa çatdırıb. “KƏLAMİNFO” xəbər verir ki, sessiyanın yekunları ilə bağlı qurumun həmsədrləri bu gün Milli Məclisdə mətbuat konfransı keçiriblər. Konfransda Assambleyanın həmsədri Kristian Vigenin bildirib ki, sessiya Avronest PA-nın Aİ ölkələrindən kənarda keçirilmiş ilk iclas olub və ilk dəfə olaraq çox geniş tərkibli nümayəndə heyəti iştirak edib. “Bu, dinamik inkişafda olan Azərbaycana beynəlxalq aləmdə marağın göstəricisidir. Biz Azərbaycan hökumətinə də təşəkkür edirik ki, sessiyanın təşkilində texniki dəstəkdən başqa siyasi mühitin yaradılması üçün də bizə hərtərəfli dəstək göstərdilər. Bu baxımdan sessiyada hamı iştirak edə bildi” - deyə K.Vigenin vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan tərəfindən beynəlxalq tədbirlərdə qaldırılan və qəbul edilən qərarlar Avropa ölkələrinin maraqlarına cavab verir. Həmsədr deyib ki, keçirilən sessiya çərçivəsində 4 qərar və 1 qətnamə qəbul olunub. O, həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mövcud olmasına baxmayaraq, Ermənistan nümayəndə heyətinə də kifayət qədər şərait yaradılıb. “Bu, əsl Avropasayağı bir münasibətin göstəricisidir” - deyə o əlavə edib. Digər həmsədr Boris Tarasyuk isə qeyd edib ki, Avronestin Strasburqda keçirilmiş birinci sessiyasında qərar qəbul etmək mümkün olmasa da, Bakı sessiyasının uğurları sırasına bir sıra vacib qərarların qəbul olunmasını aid etmək olar. Onun sözlərinə görə, Bakı sessiyası zamanı qurumun işinin daha da məhsuldar olması ilə bağlı prosedur qaydalarına dəyişikliklər edilib. “İclasın keçirilməsi göstərdi ki, Azərbaycan bir beynəlxalq iştirakçı kimi beynəlxalq aləmdə öz rolunu artırır” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6054.html