Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avronest PA-nın növbəti sessiyası Brüsseldə keçiriləcək
04.04.12 20:18

Avronest PA-nın növbəti III sessiyası 2013-cü ilin 28-29 may tarixlərində Brüsseldə keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə qərar qurumun bu gün Bakıda keçirilən II sessiyasında qəbul olunub. Eyni zamanda qərara alınıb ki, Avronestin daimi komitələrinin iclasları 2013-cü ilin plenar sessiyasından əvvəl keçirilsin. Daha sonra iclasda qurumun növbəti il üçün təklif olunan tədbirləri müzakirə olunub. Azərbaycanlı deputat Fuad Muradov enerji komitəsində müzakirə və təklif olunan tədbirləri açıqlayıb. Onun sözlərinə görə, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunacağı konfransın bu il keçirilməsi planlaşdırılır. O, həmçinin deyib ki, Brüsseldə sentyabrda ekspert komissiyasının iclası keçiriləcək. Enerji komitəsindən olan Ukrayna nümayəndə heyətinin enerji məsələlərini müzakirə etmək üçün debatlar keçirilməsi təşəbbüsü də açıqlanıb və qeyd edilib ki, bu seminar yeni ideyalar gətirəcək.Avronest PA-nın Sosial komitəsinin üzvləri isə bu ilin payızında quruma daxil olan ölkələrin gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürüblər.
URL / WWW
http://kelam.az/article/a-6052.html