Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ştefan Füle: Dağlıq Qarabağ münaqişəsi unudulmayıb
04.04.12 15:25

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi unudulmayıb. Dağlıq Qarabağ münaqişəsi məsələsində etimad və hörmət bərpa edilməlidir”. Bu fikirləri Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle deyib. O xatırladıb ki, keçmişdə AB ölkələri arasında da müəyyən belə çətinliklər olub: “Lakin bu çətinliklərin öhdəsindən gəlmək mümkün olub”. Bu vaxta qədər AB-nin Dağlıq Qarabağla bağlı hər hansı sənəd qəbul etməməsinə münasibət bildirən Ş.Füle xatırladıb ki, martda AB xarici işlər nazirləri Şurası regionda, xüsusilə Dağlıq Qarabağ ətrafında baş verən prosesləri bəyanatlarında qeyd edib və ATƏT-in Minsk qrupunun fəaliyyətini bir daha dəstəkləyiblər: “Zənnimcə, bu, çox yaxşı bir göstəricidir”. AB-nin tərəflər arasında etimadın möhkəmləndirilməsi barədə hazırladığı təkliflər paketinə gəlincə, komissar hazır layihəni media vasitəsi ilə açıqlamaq istəməyib. Ancaq qeyd edib ki, təkliflər paketi sıravi insanların narahatlıq və qayğılarını özündə əks etdirməlidir: “Çünki sıravi insanlar yekun sülh sazişinə hazır olmalıdırlar”.
URL / WWW
http://kelam.az/article/a-6047.html