Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elxan Süleymanov: Avronestdə geriyə yol yoxdur
04.04.12 13:25

“Ermənistan nümayəndə heyətinin Avronest PA-nın Bakıda keçirilən iclaslarında tam heyətdə iştirakını alqışlayıram və bu bizim üçün böyük işdir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları qurumun Bakıda keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib O qeyd edib ki, Avronest PA-nın Bakıda keçirilən tədbirlərində çox iş görülüb və qarşıda da çox iş var. “Qərarların çoxu işimiz üçün həlledici olacaq. Bunun Azərbaycanda reallaşmasını isə qələbəmiz kimi qeyd edirəm” - deyə E.Süleymanov vurğulayıb. O bildirib ki, Avronestdə geriyə yol yoxdur. “Biz ancaq irəliyə getməliyik. Çətinliklər çoxdur, ancaq öhdəsindən gələcəyik. Bakıdakı sessiyada siyasi birləşmə və gələcəkdə birgə layihələri inkişaf etdirmək üçün əsl güc nümayiş olundu” - deyə o əlavə edib. Daha sonra o Azərbaycan adından Avronest PA-nın həmsədrlərinə Azərbaycanın bayrağı, xəritəsi və digər atributları əks olunan milli üslubda xalça hədiyyə edib: “Bu xalça bizim bağlılığımızın rəmzidir”. Həmsədrlər adından isə E.Süleymanova Avropa rəmzlərini əks etdirən portret və digər hədiyyələr təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-6046.html