Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vaan Ovanesyan: “Münaqişənin sülh yolu ilə həlli variantı var”
03.04.12 13:30

“Əlbəttə, Dağlıq Qarabağda hazırkı status-kvo daimi davam edə bilməz”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan erməni deputatlardan ibarət nümayəndə heyətinin rəhbəri Vaan Ovanesyan bildirib. O qeyd edib ki, buna baxmayaraq, hazırkı sülhün özü müharibədən yaxşıdır. “Hər dəfə danışıqların növbəti raundundan sonra biz Azərbaycan tərəfindən eşidirik ki, onların böyük büdcəsi var, hərbi xərcləri artırırlar. Lakin Ermənistan öz az kiçik büdcəsini müdafiəyə xərcləyir. Azərbaycan kompromisə gedəcəyi təqdirdə Ermənistan da güzəştə gedir. Hər iki tərəfin güzəştləri vahid formulaya gətirilərsə, o zaman münaqişənin həlli cəmi bir neçə həftə çəkəcək. Hesab edirəm ki, münaqişənin sülh yolu ilə həlli variantı var” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6044.html