Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmar Məmmədyarov: “İşğal işğaldır, bunun başqa adı yoxdur”
03.04.12 14:27

Bu gün Avronest PA-nın sessiyası çərçivəsində Siyasi məsələlər, insan haqları və demokratiya komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu gün Azərbaycanın qonşu ölkələrlə, xüsusilə də Rusiya və Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri var. O qeyd edib ki, Azərbaycanın regiondakı yeni layihələrdən böyük gözləntiləri var. “Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Bu xətt üzrə birinci qatar Bakıdan bu ilin sonunda yola düşəcək. Təsəvvür edin ki, burada qatara minəcəksiniz, Londonda, yaxud Brüsseldə düşəcəksiniz” - deyə nazir vurğulayıb. Daha sonra E.Məmmədyarov Azərbaycanın işğal olunmuş əraziləri məsələsini qaldırıb. Bu zaman dərhal söz alan erməni deputatlardan Naira Zöhrabyan bildirib ki, onlar nazirin bu çıxışından narazıdırlar. “Biz heç bir işğal olunmuş ərazi tanımırıq. Bizim tanıdığımız yeganə işğal olunmuş “Şaumyan” və “Mardakert” rayonlarıdır. Çox yaxşı olardı ki, burada əsas mövzunu - insan haqlarını müzakirə edək, işğal sözünü yox” - deyə o əlavə edib. Azərbaycanlı deputat Asim Mollazadə isə söz alaraq deyib ki, Azərbaycanın işğal altında olan rayonlarının azad olunması ilə bağlı beynəlxalq təşkilatların müvafiq bəyanatları, BMT-nin 4 qətnaməsi var. Erməni deputatın fikrinə əsaslansaq, onda bunlar sənəd yox, adi kağız parçasıdır?” - deyə o əlavə edib. Nazir Elmar Məmmədyarov isə deyib ki, təəssüf ki, erməni deputat Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına etiraz edir. “Amma mən yeni bir şey deməmişəm. BMT-nin qətnamələrindəki faktları nəzərə çatdırdım. Məgər bunlar real sənəd deyil? İşğal işğaldır, bunun başqa adı yoxdur. Siz bununla razı olmaya bilərsiniz, amma bu, beynəlxalq hüquq normaları ilə təsdiqlənib”.
URL / WWW
http://kelam.az/article/a-6042.html