Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov erməni deputatın sualını cavablandırıb
03.04.12 14:27

Bu gün Avronest PA-nın Bakıda keçirilən sessiyası çərçivəsində Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitənin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Azərbaycan təhsil naziri Misir Mərdanov üzv ölkələrdən olan deputatların suallarını cavablandırıb. İclasda Ermənistandan olan deputat A.Safaryan M.Mərdanova sual ünvanlayaraq deyib ki, “doğrudurmu ki, sizin məktəblərinizdə və dərsliklərinizdə ermənilərə düşmənçilik, nifrət hissləri təbliğ olunur? Biz belə məsələlər varsa, onları ayrılıqda, həmçinin bir yerdə və digər formatda həll etməliyik. Həll etməliyik ki, gələcək nəsillər bir-birinə qarşılıqlı hörmət və tolerantlıq münasibətləri bəsləsinlər. Hesab edirəm ki, bu, xalqlarımız və dövlətlərimiz arasında olan məlum münaqişənin həlli üçün də mühüm addım ola bilər” - deyə o bildirib. M.Mərdanov isə bu kimi məsələləri bu cür tədbirlərdə və ya qısa bir zamanda həll etməyin mümkünsüz olduğunu vurğulayıb. “Bu məsələni əslində, mütəxəssislər bir araya gəlib, müvafiq araşdırma aparıb həll etməlidirlər. Mən deyə bilmərəm və bu, doğru da olmaz ki, bizdə Ermənistana və ermənilərə dost münasibət olsun. Təsəvvür edin, Qarabağ münaqişəsi nəticəsində 1 ailə tamamilə məhv olub və onun cəmi 1 üzvü qalıb. O, necə Ermənistana və ermənilərə dost münasibət göstərsin?” - deyə nazir vurğulayıb. M.Mərdanov deyib ki, bu gün Azərbaycan və Ermənistan cəmiyyətləri arasında çox ciddi uçurum var. “Bugünkü tədbir də məhz bu uçurumu aradan qaldırmaq yolunda bir addımdır. Mən bilmirəm, sizin kitablarda nə yazılır, həmçinin siz də bilmirsiniz ki, bizim kitablarda nə yazılıb” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6041.html