Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar yekunlaşıb
01.04.12 01:47

TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar 2011/2012-ci tədris ili üzrə öz işini başa çatdırıb. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, 2011-ci ilin oktyabr ayından fəaliyyətə başlayan seminarlarda AMEA-nın əməkdaşları, 2500-dək orta və ali məktəb müəllimləri, müstəqil ekspertlər, tanınmış alimlər, mütəxəssislər iştirak ediblər. TQDK-nın Naxçıvan, Gəncə, Şəki və Quba regional bölmələrindən həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri ilə də onlayn rejimində internet vasitəsilə videobağlantı təşkil edilib. Seminarlarda ənənəvi olaraq bir neçə istiqamətdə iş aparılıb. 2012-ci ilin qəbul imtahanları üçün nəzərdə tutulmuş qəbul proqramları ilə bağlı geniş müzakirələr keçirilib, bu proqramlar respublikanın orta ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramları və dərslikləri əsasında hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-6037.html