Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qırğız prezidenti: “Türk respublikaları ayağa qalxaraq güclü dövlətlərə çevrilməlidirlər”
30.03.12 15:47

Bu gün Milli Məclisin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Bakıda səfərdə olan Qırğız Respublikasının prezidenti Almazbek Atambayev çıxış edib. O, çıxışı zamanı bildirib ki, azərbaycanlıların və qırğızların tarixi və kökü birdir. “Çox şadam ki, Azərbaycana rəsmi səfər edən Qırğız prezidentiyəm, çünki biz eyni xalqıq, biz türkük” - deyə o vurğulayıb. O, bütün türk dövlətləri ilə əlaqələrin inkişafının daha da artırılmasının vacibliyini bildirib. A.Atambayev SSRİ qurulan vaxt repressiya dövründə 10 minə yaxın azərbaycanlının Qırğızıstana köçürülməsindən və azərbaycanlılarla yanaşı qırğızların da başına gələn faciədən bəhs edib. “Bu tarixdən hamımız bir nəticə çıxartmalıyıq. Bir-birimizə kömək edərək sağ qalmağı qazandıq və bunu yaşatmalıyıq” - deyə Qırğız prezidenti vurğulayıb. Atambayev deyib ki, qırğızlarla azərbaycanlıların dövlətçilik yolu keşməkeşli olub. “Biz ata-babalarımız tövsiyələrinə əməl etməliyik. Bizim ortaq möhtəşəm Manas və Dədə Qorqud dastanlarımız var. Mərhum prezident Heydər Əliyev dediyi kimi, Dədə Qorqud və Manas dərin kökə malik ortaq mədəniyyətimizdir. Bu gün Qırğızıstanda azərbaycanlıların fəaliyyəti genişlənir. Hazırda bizim ölkədə azərbaycanlı olan 3 elmlər doktoru, 3 elmlər namizədi və xeyli ictimai xadim var” - deyə o bildirib. Prezident parlamanetlərarası əlaqələrdən də danışıb. “Bu gün parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var. Həmçinin biz ikitərəfli əlaqələrin hüquqi bazasını genişləndirməliyik və yeniləməliyik. Çünki iki ölkə arasında olan əksər sənədlər 20 il əvvəl imzalanıb. Onların yenidən inventarlaşmasına ehtiyac var” - deyə o bildirib. Qırğızıstan dövlət başçısı deyib ki, azərbaycanlılarla qırğızların dili, dini birdir. “Bu gün tarix türk dövlətlərinin birliyini möhkəmlətmək üçün daha bir şans verib. Bunun üçün türk respublikaları ayağa qalxaraq güclü dövlətlərə çevrilməlidirlər” - deyə Atambayev vurğulayıb. O bildirib ki, Qırğızıstan 20 il əvvəl öz müstəqilliyi əldə etsə də, bu gün də bir çox iri dövlətdən asılıdır: “Bizi tez-tez diz çökdürməyə çalışırlar, amma biz heç zaman onların köləsi olmayacağıq. Çünki kölə kimi diz üstdə yaşamaqdansa, ayaq üstdə mərd ölmək daha yaxşıdır. Qırğızıstan və Azərbaycanın müstəqilliyi uğrunda həlak olan ata-babalarımızın ruhu şad olsun. Yaşasın Azərbaycan və Qırğızıstan dostluğu”.
URL / WWW
http://kelam.az/article/a-6035.html