Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » 14 qanuna əlavə və dəyişikliklər ediləcək
01.04.12 01:47

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, iclasda komitə sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 14 qanuna əlavə və dəyişikliklər daxildir. O qeyd edib ki, dəyişikliklər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədardır. Daha sonra gündəliyə daxil olan məsələlər barədə məlumat verilib. Bildirilib ki, qeyd olunan qanunun qüvvəyə minməsi ilə əlaqədar Torpaq Məcəlləsi, Meşə Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi, Mənzil Məcəlləsi, “Torpaq icarəsi haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Torpaq bazarı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edilməsi təklif olunur. Daha sonra qanun layihələri parlamentin plenar sessiyasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-6034.html