Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Soyqırımı qurbanlarının xatirəsi anılıb
01.04.12 01:47

Bu gün Bakı Dövlət Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, rektor Abel Məhərrəmov soyqırımı aktını ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirib, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qaldığını deyib. A.Məhərrəmov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakı, Şamaxı, Quba, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıblar. A.Məhərrəmov bildirib ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazım qiymət verilməyib, dünyaya çatdırılmayıb. Qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd 80 il sonra qəbul edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib: “ Hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq”. Sonra professorlar Anar İsgəndərov, Qüdrət İsmayılzadə çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-6033.html