Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Müxtəlif ölkələrdə azərbaycanlıların soyqırımı günü qeyd olunacaq
31.03.12 15:47

31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə dünyanın bir sıra ölkələrində Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər, soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və digər Azərbaycan təşkilatlarının təşəbbüsü ilə keçiriləcək tədbirlərdə 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri və daşnak qrupları tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə fakt və sənədlərə əsaslanan məlumatlar veriləcək, soydaşlarımız dünya ictimaiyyətinin bu cinayətə hüquqi qiymət verməyə səsləyəcəklər. 1918-ci il 31 mart soyqırımı qurbanlarının xatirəsi Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Gürcüstan, Qazaxıstanda yaşayan soydaşlarımız tərəfindən də yad ediləcək. Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Gürcüstan Azərbaycanlıları Konqresi və bir sıra gənclər təşkilatları tərəfindən 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunan bir neçə tədbir keçiriləcək. Martın 31-də Qazaxıstanın Astana şəhərində “Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı”nın təşkilatçılığı ilə Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirdə rus, tatar, ukrayna, belorus, polyak, Koreya, alman, özbək, türk, mədəniyyət mərkəzlərinin rəhbərləri, görkəmli ictimai xadimlər, J.Jakupov adına Beynəlxalq Hüquq müdafiə mərkəzinin rəhbəri, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər səfirliklərin nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak edəcəklər. Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Dərnəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyaları tərəfindən də Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimləri keçiriləcək. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşəcək. Anım tədbirləri Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Niderland və İsveçdə də keçiriləcək. 31 mart - Azərbaycanlıların soyqırımı günü ABŞ və Kanada da qeyd olunacaq. Aprelin 1-də Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimi keçiriləcək. Bundan əlavə, aprelin 2-də Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın səsi” radiosunda ingilis dilində “Türk və Azərbaycan soyqırımları” adlı verilişin yayımlanması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-6032.html