Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gənc Tamaşaçılar Teatrında 31 Mart soyqırımı qurbanları anılacaq
29.03.12 19:48

Gənc Tamaşaçılar Teatrında 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tamaşa nümayiş etdiriləcək. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, soyqırımı qurbanları yazıçı-publisist Vaqif Əlixanlının “Haradasan oğul” əsəri əsasında səhnələşdirilən “Əcəl atı” tamaşası ilə anılacaq. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir. Qeyd edək ki, rolları Əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Gülər Nəbiyeva, Vahid Əliyev, aktyorlar Şəfəq Əliyeva, Xalidə Şərifova, Sona Babayeva, Yasəmən Məmmədova, Hüsniyyə Əhmədova, Məhərrəm Musayev, Sərvər Əliyev, Sabir Məlikov, Elşən Çarhanlı, Zenfira Əbdülsəməd, Ədalət Əbdülsəməd, Kərəm Hadızadə, Qədirhüseyn İsmayılov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Vahid Orucoğlu, Fidan Abbasova canlandıracaqlar. Xatırladaq ki, tamaşa kəskin konfliktlər, dramatik məqamlar, maraqlı epizodlar üzərində qurulub. Qorxudulan əhali doğma yurd-yuvalarını qoyub qaçmağa hazırlaşır. Kəndin ağbirçəyi Sədəf qarının isə insanları geri qaytarmaq istəyi baş tutmur. Sədəf qarıdan başqa heç kimin gözünə görünməyən yəhər-yüyənli əcəl atı sonda kənddə yalqız qalan qarını özü ilə aparır.
URL / WWW
http://kelam.az/article/a-6031.html