Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Azərbaycandakı “Eurovision” şousu Olimpiya Oyunlarına bənzəyəcək"
29.03.12 19:48

İspaniyanın RTVE internet saytında “Avroviziya” Mahnı Müsabiqəsi 2012-yə ev sahibliyi edən Azərbaycan haqqında məqalə dərc olunub. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, məqalədə Bakıda yaşayan ispanların “Avroviziya 2012” hazırlıqları barədə təəssüratları yer alır. Müəlliflər Azərbaycanı nadir təbiətə və memarlığa sahib "rəssamlıq əsəri" kimi təsvir edir. Onlar öz həmvətənlərinə Azərbaycanın son illər ərzində sürətli iqtisadi və mədəni yüksəlişi barədə də danışırlar. Müxtəlif sahələrdə çalışan ispanlar azərbaycanlıları dostsevər, mülayim insanlar kimi səciyyələndirirlər. Məqalədə bu ekzotik, günəşli ölkənin zəngin mənəvi irsindən söhbət açılır: "İçərişəhərin labirint dalanlarını gəzin, hər cür yeməkdən zövq alın". Onlar dostlarına həm də Bakı Bulvarına getməyi tövsiyə edirlər. Məqalə müəllifləri oxuculara İçərişəhər, "Yanar Dağ" və palçıq vulkanlarının onları təəccübləndirəcəyini deyir. Bakıda yaşayan ispanların fikrincə, Azərbaycandakı 57-ci “Avroviziya” Mahnı Müsabiqəsi Olimpiya Oyunları, futbol üzrə Dünya çempionatı kimi bir şouya çevriləcək. Məqalədə azərbaycanlıların müsabiqəyə bayram əhval-ruhiyyəsində hazırlıq gördükləri bu cür qələmə köçürülüb: “Onlar buna çox şaddırlar və onu ölkələri üçün əhəmiyyətli hesab edirlər".
URL / WWW
http://kelam.az/article/a-6030.html