Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhməd Davudoğlu: “Türkiyə-İran əlaqələri son dərəcə yaxşı səviyyədədir”
30.03.12 02:48

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə və İran arasındakı münasibətlərin iki qonşu dövlət arasındakı əlaqədən daha irəlidə, son dərəcə yaxşı səviyyədə olduğunu deyib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanla birlikdə İranda olan Davudoğlu Tehrandakı Yunis Əmrə Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib. Davudoğlu Türkiyə və İran sərhədinin sülh sərhədi olduğunu deyib: “Tarixdə çox az millət, çox az ölkə Türkiyə və İran qədər iç-içə keçən, bir-birinə təsir etmiş ortaq keçmişə sahibdir. Bu gün də Türkiyə-İran əlaqələri son dərəcə yaxşı səviyyədədir və siyasi cəhətdən yaxşı olan bu əlaqələr Yunis Əmrə Vəqfinin varlığıyla mədəni baxımdan da dərinlik qazanacaq. Türkcə bu torpaqlarda nə qədər köklüdürsə, farsca da bizim ədəbiyyatımızda, mədəniyyətimizdə o qədər köklüdür. Bunları yenidən qovuşduracağıq”.
URL / WWW
http://kelam.az/article/a-6029.html