Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Qulu Novruzov: TQDK-nın "qara siyahı"sına daxil edilən diplomlar qanunidir
30.03.12 02:48

Təhsil nazirinin müavini Qulu Novruzov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı "qara siyahı" məsələsinə münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, Q.Novruzov deyib ki, burada “saxta diplom” ifadəsindən, ümumiyyətlə, söhbət gedə bilməz və belə bir ifadə də işlədilməyib. “Qara siyahı” işlədilib. Ancaq o siyahını kimin və hansı rəngdə gördüyünü bilmirəm. Bunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da çox gözəl bilir ki, xarici ölkələrdən, başqa yerlərdən köçürmələr var. Bunu kimin hansı rəngdə gördüyünü də bilmirəm. Türkiyədə təhsil alan adam ailə vəziyyəti, səhhəti ilə bağlı Azərbaycana köçürülür. O, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanında iştirak etməyibsə, bunu qara rəngdə görməyi başa düşə bilmirəm” deyən Q.Novruzov onu da xatırladıb ki, 2004-cü ilə qədər özəl ali məktəblər tələbəni özləri qəbul edirdilər. O, "qara siyahı"ya daxil edilən diplomların tamamilə qanuni olduğunu söyləyib. Q.Novruzov bunların qanuni olmasını TQDK-dan da öyrənməyi məsləhət görüb. Nazir müavini bildirib ki, həmin diplom sahibləri TQDK-nin imtahanında iştirak etməyə bilər: “Ancaq diplomların hamısını Təhsil Nazirliyi verib və hamısı da tamamilə qanunidir”.Xatırladaq ki, ötən gün Məleykə Abbaszadə deyib ki, 2005-ci ildən TQDK ali məktəblərdə tələbə kontingentinin müəyyən monitorinqini keçirib. Məlum olub ki, 18 min 17 nəfər TQDK-dan kənar tələbə adını qazanıb: “Həmçinin müxtəlif idarə və təşkilatlardan bizə daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin tərəfimizdən heç bir təhsil müəssisəsinə daxil olmayan 734 nəfər müəyyən olunub. Ümumilikdə isə "qara siyahı"ya daxil olan 22 min 332 nəfər müəyyənləşib” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6025.html