Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Dünya azərbaycanlılara qarşı azğın təcavüz edən erməni siyasətçilərinə dur deməyi bacarmalıdır”
29.03.12 19:48

“Artıq dünya ərköyünləşdirilmiş, neçə illərdir azərbaycanlılara qarşı azğın təcavüz edən, az qala BMT-yə meydan oxuyan erməni siyasətçilərinə dur deməyi bacarmalıdır. Bu belə davam edə bilməz, axı bu dünyanın bir müdiriyyəti var, ya yox? Biz BMT-yə üzvlük haqqını niyə ödəyirik? Biz dünya birliyinə niyə daxil olmuşuq?” “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, əgər ermənilərin bu hərəkəti bu qədər davam edirsə, o zaman 1945-ci ildən millətlərin, xalqların hüquqlarının müdafiəsinin mərkəzi kimi tanınan BMT niyə yaranıb? “Kabab bişirən, intellekti olmayan, yalnız müharibə psixologiyası ilə biznesini quran Serj Sarkisyanın əlində əsir olacaq idisə, o zaman biz BMT-ni neynirdik? Biz Azərbaycan xalqının bu səsini, iradəsini dünyaya geniş çatdırmalıyıq” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyir ki, bütün dünyada yaşayan azərbaycanlılar öz ölkələrində keçirilən qondarma erməni soyqırımı ilə bağlı tədbirlərə öz təşəbbüsləri ilə qatılmasa, yaşadıqları ölkədə bu məsələ ilə bağlı qondarma tarixçilərə cavab verməsə, biz çox şeyə nail olmayacağıq: “Hər bir azərbaycanlının azərbaycanlıların soyqırımı ilə bağlı fəaliyyətə qoşulmaq qəlbində olmalıdır”.
URL / WWW
http://kelam.az/article/a-6023.html