Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri sıradan bir hadisə deyil”
29.03.12 19:48

“Azərbaycan Prezidenti həm Rusiya Prezidenti, həm də digər rəsmilərlə keçirdiyi görüşlərdə dəfələrlə bəyan edib ki, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri var. İki ölkə arasında strateji əlaqələr yaranır və bu əlaqələr bütün sahələri əhatə edir. Bura regional, beynəlxalq münasibətlər, təhlükəsizlik, geosiyasət və digər sahələr aiddir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Rusiya kimi böyük bir qonşu dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri sıradan bir hadisə deyil. “Bu səfər iki ölkə arasında münasibətlərdə növbəti illər üçün prioritetlərin müəyyən olunması istiqamətində qarşılıqlı şəkildə maraqlara daxil olan bu və ya digər məsələlərin çərçivəsinin müəyyən olunmasında mühüm bir addım kimi dəyərləndirilməlidir” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyir ki, bu gün Rusiya ilə Azərbaycan arasında çox geniş spektrli məsələlər var ki, bunlar qarşılıqlı şəkildə müzakirə olunur, qərarlar qəbul edilir və bu qərarlar də gələcəkdə həyata keçiriləcək. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn ayın əvvəli Bakıya səfər edəcək.
URL / WWW
http://kelam.az/article/a-6022.html