Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Dağlıq Qarabağda keçirilən hər hansı tədbir sülhyaratma missiyasına mənfi təsir göstərir”
29.03.12 23:48

“Dünyada heç kim tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən hər hansı tədbir, o cümlədən siyasi aksiya qeyri-qanuni olmaqla bərabər, sülhyaratma missiyasına da mənfi təsir göstərir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, belə hallarla bağlı dəfələrlə ATƏT-in Minsk qrupuna, bütün beynəlxalq təşkilatlara müraciət olunub. “Biz dəfələrlə öz etiraz səsimizi çatdırmışıq, bu dəfə də etirazımızı bildirəcəyik. Xarici dövlətlər, ATƏT-in Minsk qrupu da bu kimi aksiyaları pisləyirlər. Bu rejim heç kim tərəfindən tanınmadığı üçün keçirdiyi seçkiləri də heç kim tanıya bilməz. Digər tərəfdən, Dağlıq Qarabağdan məcburi qaydada didərgin salınmış vətəndaşlar seçkidə iştirak etmədiyi halda bu seçkilər eyni zamanda sülhyaratma prosesinə mənfi təsir göstərəcək”-deyə Ə.Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6021.html