Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyirik”
29.03.12 19:48

“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyirik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik olan dövlət yoxdur. “Biz bu fikri Rusiyanın həm regional, həm Dağlıq Qarabağ məsələlərinə, həm də ermənilər üzərindəki mövcud təsirini nəzərə almaqla işlədirik. Həqiqi mənada bu gün Rusiyanın Ermənistan üzərindəki təsiri dünyada analoqu olmayan təsirdir. Bu gün Moskva Ermənistanı istədiyi məsələdə konstruktivliyə və ya qeyri-konstruktivliyə yönəldə bilər. Ona görə də biz Rusiyadan çox şey gözləyirik” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi bildirib ki, münaqişənin həllində bu gün Rusiya tərəfindən təşəbbüslər var. “Rusiyanın istər prezidenti, istər baş naziri dəfələrlə bu istiqamətdə səy göstəriblər və düşünürük ki, bu səylər bundan sonra da davam etdiriləcək. Bu il münaqişənin həllində bəlkə də sözün həqiqi mənasında ciddi bir irəliləyişə nail ola bildik” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6020.html