Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ötən il ali təhsilə 121 mln. manat vəsait ayrılıb
15.01.10 02:30

Ötən il dövlət büdcəsindən təhsilə ayrılan vəsait 1,1 mlrd. manat olub. KƏLAMİNFO xəbər verir ki, bu bardə məlumatı təhsil naziri Misir Mərdanov verib. Ali təhsilə ayrılan vəsaitin isə 2009-cu ildə 121 mln. manata çatdığını diqqtə çatdıran M.Mərdanov bildirib ki, bu da təhsilə ayrılan dövlət vəsaitinin 15 faizini təşkil edir. Onun sözlərinə görə, qeyd olunan rəqəm dövlət ali təhsil müəssisələrinin ümumi büdcəsinin 75 faizini təşkil edir və qalan vəsait isə ödənşişli əsaslarla əldə olunan gəlirlər hesabına formalaşır. Dövlətin bir tələbəyə çəkdiyi ümumi xərcin ötən il 2102 manat olduğunu qeyd edən nazir əlavə edib ki, 2009-cu ildə ali təhsildə elmi-tədqiqat işlərinə 3,9, tikinti və əsaslı təmir işlərinə isə 28,95 mln. manat vəsait ayrılıb. M.Mərdanov həmçinin qeyd edib ki, hazırda dövlət vəsaiti hesabına dünyanın 28 ölkəsində 1261 azərbaycanlı gənc müxtəlif ixtisaslarda təhsillərini davam etdirirlər. Onun sözlərinə görə, bu məqsədlə ötən il xaricdə təhsil alan tələbələrə 8,75 mln. manat vəsait xərclənib.
URL / WWW
http://kelam.az/article/a-602.html