Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Azərbaycan ərazisindən qonşu ölkələrə qarşı heç bir hərəkət olmayacaq”
30.03.12 02:48

“Biz bunu dəfələrlə demişik, yenə də təkrar edirik: Azərbaycan ərazisindən qonşu ölkələrə - İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç bir hərəkət olmayıb, olmur və olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, bəzi Qərb mətbuatı və bəzi yerli müxalif qüvvələrə aid olan KİV-də İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi barədə yayılan məlumatlar yalnız spekulyasiya xarakterlidir, məqsəd aranı qarışdırmaqdır. “İstər ayrı-ayrı müxalifət dairələri, istər onlara məxsus KİV, istərsə də hansısa beynəlxalq qurumlar və onlara məxsus mətbuat İran ətrafında olan mövcud vəziyyətdən istifadə edərək Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, iki dövlət arasında münasibətləri pozmaq istəyirlər. Bu məsələdə marağı olan ölkələr və dairələr var.Belə bir marağı olan ölkələrə və dairələrə birmənalı şəkildə bildiririk ki, onların niyyəti baş tutmayacaq” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyir ki, Ermənistan istisna olmaqla Azərbaycanla qonşu dövlətlərin münasibətlərini korlamaq heç kimə nəsib olmayacaq. “Biz buna yol vermərik” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6019.html