Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir Məmməd Əhmədzadə etimadnaməsini Paraqvay Prezidentinə təqdim edib
29.03.12 19:48

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə eyni zamanda Paraqvayda da akkreditə olunması ilə əlaqədar etimadnamələrini Paraqvay prezidenti Fernando Lugoya təqdim edib. Argentinadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, etimadnamələrin təqdimindən sonra Paraqvay dövlət başçısı ilə Azərbaycan diplomatı arasında söhbət olub. M.Əhmədzadə ilk öncə Azərbaycan prezidenti İlham Əliyevin Paraqvay Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb. Azərbaycan haqqında Paraqvay dövlət başçısına geniş məlumat verən M.Əhmədzadə xüsusilə də ölkəmizin müstəqillik tarixi, Azərbaycanın əldə etdiyi uğurlar, regionun lider dövlətinə çevrilməsi, beynəlxalq nüfuzunun güclənməsi barədə danışıb. Latın Amerikası ölkələri ilə əməkdaşlığımızda müşahidə olunan inkişaf barədə məlumat verən diplomat bu xüsusda Paraqvayla da əlaqələrimizin inkişafına əhəmiyyət verdiyimizi deyib.Azərbaycan Prezidentinə və Azərbaycan xalqına xoş arzularını ifadə edən Prezident Fernando Lugo Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan məmnunluğunu bildirib. Ölkəsinin də Azərbaycanla əməkdaşlığa maraq göstərdiyini vurğulayan Paraqvayın dövlət başçısı bu məqsədlə mövcud imkanların araşdırılaraq qarşılıqlı maraq kəsb edən sahələrin müəyyənləşdirilməsinin vacibliyini deyib. Söhbət əsnasında iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın təşviqi, xüsusilə də enerji, kənd təsərrüfatı, əczaçılıq sahələrində imkanların araşdırılmasının əhəmiyyəti vurğulanıb. Görüşdə habelə, regional təhlükəsizlik, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesi, ölkəmizin enerji strategiyası, regional əməkdaşlıq və inkişafdakı rolu haqqında geniş fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-6017.html