Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-nın "qara siyahı"sında 22 332 nəfər var
29.03.12 02:19

Azərbaycanda 1992-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaranmasından 2011-ci ilə qədər ali və orta ixtisas məktəblərinə TQDK xətti ilə imtahan verənlərin sayı 1 milyon 978 min 226 nəfər olub. “KƏLAMİNFO” xəbər verir ki, bunları TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən "Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi"nin təqdimatında bildirib. O qeyd edib ki, bu illər ərzində 615 min 582 nəfər tələbə adını qazanıb. “Hazırda yeni təqdim olunan sistemə bu məzunların diplom nömrələri də salınıb” - deyə M.Abbaszadə vurğulayıb. Sədr deyib ki, 2005-ci ildən TQDK ali məktəblərdə tələbə kontingentinin müəyyən monitorinqini keçirib. “Məlum olub ki, 18 min 17 nəfər TQDK-dan kənar tələbə adını qazanıb. Həmçinin müxtəlif idarə və təşkilatlardan bizə daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin tərəfimizdən heç bir təhsil müəssisəsinə daxil olmayan 734 nəfər müəyyən olunub. Ümumilikdə isə "qara siyahı"ya daxil olan 22 min 332 nəfər müəyyənləşib” - deyə o əlavə edib. Onun sözlərinə görə, bu ildən etibarən belə faktlar qeydə alınmayacaq. “Çünki "Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi"ndə hər bir məzunun əmri və diplom nömrəsi qeyd ediləcək” - deyə sədr bildirib.
URL / WWW
http://kelam.az/article/a-6013.html