Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Qəbələ RLS-in icarə məbləğinin 50 milyon dollar civarında olacağı ehtimalı var”
29.03.12 02:19

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin gedişində Qəbələ RLS-in icarə məsələsinin də əsas müzakirə obyekti olacağı şübhəsizdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hərbi ekspert Cəsur Sümərinli bildirib. Ekspert deyir ki, bu məsələ ilə bağlı tərəflər hazırda stansiyanın icarəyə verilməsi prosesi üzrə fikir ayrılıqları dövrünü yaşayırlar. “Bir sıra məlumatlara görə, tərəflərin yaxın gələcəkdə ortaq yanaşmaya gəlməsi mümkündür. Fikrimcə, Sergey Lavrovun səfəri çərçivəsində rəsmi Bakı və Moskva sözügedən obyektin gələcək taleyi, eyni zamanda, iki ölkə arasındakı bir sıra hərbi-siyasi məsələləri müzakirə edəcəklər” - deyə C.Sümərinli vurğulayıb. Onun sözlərinə görə, əldə olan məlumatlar onu deməyə əsas verir ki, bu ilin ortalarında tərəflər Qəbələ RLS-in icarə məbləği ilə bağlı ortaq rəqəm ətrafında razılıq əldə edə bilərlər. “Bu rəqəmin təxminən 50 milyon dollar civarında olacağı ehtimalı var” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6012.html