Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DAK-ın 12-ci qurultayının vaxtı və yeri açıqlanıb
28.03.12 20:19

Dünya Azərbaycanlıları Konqresinin növbəti - 12-ci qurultayının vaxtı və yeri məlum olub. Qurultay aprelin 21-23-ü tarixlərində Ukraynanın Donetsk şəhərində keçiriləcək. Bu barədə açıqlamanı DAK-ın həmsədri Sabir Rüstəmxanlı verib. DAK-ın qurultayına hazırlıqla bağlı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirən həmsədr deyib ki, Ukrayna həm Avropa, həm də digər ölkələrə açıq dövlətdir və buna görə də qurultayın orada keçirilməsi qərara alınıb. S.Rüstəmxanlı bildirib ki, Avropada keçirilən qurultaylarda nümayəndələrin iştirakı bəzən vizadan asılı olurdu, ancaq Ukraynada DAK-a sadiq insanların yığışması və seçilməsi imkanları var. O deyib ki, qurultaya dünyanın bir sıra ölkələri, o cümlədən Avropa dövlətlərində fəaliyyət göstərən diaspor rəhbərləri, ziyalılar və nüfuzlu adamlar dəvət olunacaq. Qurultaydan sonra Güney Azərbaycan məsələləri ilə məşğul olan təşkilatların əlaqələndirmə mərkəzinin yaradılması nəzərdə tutulub. S.Rüstəmxanlı deyib ki, qurultayın açılışını Türkiyə televiziyalarından biri canlı yayımlayacaq. Onun sözlərinə görə, qurultayda bir sıra milli məsələlər, həmçinin Dağlıq Qarabağ probleminin dünyaya çatdırılması, dünyada yaşayan azərbaycanlıların təşkilatlanması, İranda yaşayan azərbaycanlıların insan haqları və digər məsələlər müzakirə ediləcək. O, son vaxtlar aprelin sonunda Belçikada birlik qurultayının keçirilməsi məsələsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: S.Rüstəmxanlı bildirib ki, həmin tədbiri keçirmək istəyənlər vaxtilə DAK-dan uzaqlaşan və uzaqlaşdırılanlardır. Birliyin tərəfdarı olduğunu dilə gətirən S.Rüstəmxanl onları da DAK-ın qurultayına dəvət edib. DAK-da müxtəlif iddiaları olan və iddiaları yerinə yetməyən insanları da qurultaya dəvət edən həmsədr iştirakla bağlı heç bir problemin olmadığını vurğulayıb. Belçikada keçirilməsi nəzərdə tutulan birlik qurultayına gəlincə, S.Rüstəmxanlı deyib ki, həmin qurultay DAK adı ilə olmamalıdır: “Artıq DAK adlı təşkilat var. Qurultay başqa adla keçirilərsə, orada iştirak edə və təbriklərimizi çatdıra bilərik. Qurultay DAK adı ilə keçirilsə, tədbir fiaskoya uğrayacaq” deyən S.Rüstəmxanlı güman etdiyini bildirib ki, Donetskdə keçiriləcək qurultay bütün söz-söhbətlərə son qoyacaq.
URL / WWW
http://kelam.az/article/a-6011.html