Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Narkotiklərdən əl çəkək” layihəsinə start verilib
27.03.12 19:38

Bu gündən etibarən Gənc Vətənpərvərlər Birliyi “Narkotiklərdən əl çəkək” devizi altında layihəyə start verib. Birlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə çərçivəsində gənclərin iştirakı ilə regionlara avto turlar və idman yarışları təşkil olunacaq. Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay davam edəcək layihənin bir neçə mərhələdə icra olunması nəzərdə tutulub. Əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və sağlam həyat tərzi prinsiplərinə riayət etməsinin vacib olduğunu açıqlanan layihədə bir sıra tədbirlər həyata keçiriləcək.Qeyd edək ki, layihə müddətində ictimaiyyət arasında məktəblərdə, idman cəmiyyətlərində KİV-in, idman federasiya və klubların, QHT-nin, gənclər təşkilatları, Qarabağ müharibə veteranlarının iştirakı ilə Dəyirmi masalar da keçiriləcək. Xatırladaq ki, layihəyə cari ilin 1 iyun tarixində yekun vurulacaq. Sonda ən fəal iştirakçılara fəxri diplomlar təqdim ediləcək.
URL / WWW
http://kelam.az/article/a-6006.html