Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gəncədə elektron kitabxana sistemi genişlənir
27.03.12 19:38

Gəncədə informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişafı kitabxana sisteminin də yeni texnologiyalar əsasında qurulmasına şərait yaradıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Gəncə şəhər Mərkəzi Kitabxanasının şöbə müdiri Gülnaz İsmayılova məlumat verib. Onun sözlərinə görə, ölkənin ikinci böyük şəhərində elektron kitabxanalara maraq artıb və bu şəbəkə günü-gündən genişlənir. G.İsmayılova hazırda e-kitabxanaya on mindən çox kitabın daxil edildiyini bildirib. “Hazırda kitabxanaya daxil olan bütün yeni kitabların elektron nümunəsi hazırlanır”. Qeyd edək ki, ötən il Gəncə şəhər Mərkəzi Kitabxanasından 61 minə yaxın oxucu istifadə edib.
URL / WWW
http://kelam.az/article/a-6005.html