Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramil Həsənov Qazaxıstan Parlamenti Məclisinin sədri ilə görüşüb
27.03.12 23:38

Martın 26-da Qazaxıstanın Almatı şəhərində MDB Parlament Assambleyası Şurasının 20 illiyinə həsr olunmuş Xüsusi Sessiya çərçivəsində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin TÜRKPA baş katibi Ramil Həsənovu qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Görüşdə R.Həsənov TÜRKPA-nın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən layihələr, daimi komissiyaların iclasları və onların qəbul etmiş olduğu qərarlar, TÜRKPA-nın Bişkekdə keçirilməsi nəzərdə tutulan III Plenar Sessiyasına hazırlıq prosesi və nəzərdə tutulan layihələr barədə qısa məlumat verib. TÜRKPA-nın əsas məqsədlərinin üzv ölkələr arasında parlament diplomatiyası vasitəsilə parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək, regionda və qlobal səviyyədə təhlükəsizlik, bütün beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət əsasında hərtərəfli əməkdaşlığa dəstək vermək olduğunu qeyd edən baş katib bu istiqamətdə təşkilatın fəaliyyətinin davam etdiyini bildirib. Eyni zamanda, R.Həsənov təşkilatın fəaliyyətinə göstərmiş olduğu dəstəyə görə TÜRKPA-nın yaradılmasının əsas təşəbbüskarı olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə və həmçinin bu ölkənin parlament rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. N.Niqmatulin TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiyini, təşkilatın Türkdilli dövlətlər arasında müxtəlif sahələrdə körpü rolunu oynadığını qeyd edərək, katibliyin fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda, qurumun işinin gücləndirilməsi, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həm sədrlik etdiyi dövrdə, həm də gələcəkdə təşkilatın və katibliyin fəaliyyətinə Qazaxıstan parlamenti tərəfindən hərtərəfli dəstəyin davam etdiriləcəyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6004.html