Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Minsk Qrupunda Fransanın Avropa İttifaqı ilə əvəz olunması ən real variantdır”
28.03.12 02:38

“İndiki halda həqiqətən ATƏT-in Minsk Qrupunun hazırkı formatı Azərbaycanın maraqlarına cavab vermir. Bu baxımdan Minsk Qrupunda Fransanın Avropa İttifaqı ilə əvəz edilməsi təklifini müsbət dəyərləndirmək olar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. O qeyd edir ki, onsuz da son aylar Fransa ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyub. “Düzdür, Fransa Konstitusiya Şurası “erməni soyqırımı”nın inkarı qanunu qüvvədən düşürdü, amma buna baxmayaraq, rəsmi Paris ermənipərəst dövlət olaraq qalır. Bunu prezident seçkiləri də göstərir ki, həm prezident, həm də onun əsas rəqibi dəfələrlə vurğulayıblar ki, əgər hakimiyyətə gəlsələr və yaxud hakimiyyətlərini qorusalar, bu qanunu yenidən gündəmə gətirəcəklər. Yəni Fransanın Ermənistan tərəfindən çıxış etdiyi, daha doğrusu, tərəfsiz olmadığı aydındır. Bu baxımdan Fransanın əvəz olunması məsələsi hər zaman aktualdır və Azərbaycan maraqlarına cavab verən bu məsələni hər zaman qaldırmalıdır” - deyə R.Ağayev vurğulayıb. Politoloq deyir ki, Fransanı Avropa İttifaqının əvəz etməsi bu gün üçün ən real variantdır. “Çünki digər variantlar kimi sadalanan Türkiyə və Almaniyanın əvəz etməsi məsələsi o qədər də inandırıcı görünmür. Eyni zamanda, Avropa İttifaqı variantı da Azərbaycanın maraqlarına uyğundur. Çünki Azərbaycan bu məkana inteqrasiya olmağa çalışır, Şərq Tərəfdaşlıq Proqramının üzvüdür. Elə Ermənistan da Şərq Tərəfdaşlıq Proqramının üzvüdür. Bu baxımdan düşünürəm ki, İrəvan Aİ-nin Fransanı əvəz etməsinə elə bir əngəl olmaz” - deyə o əlavə edib. Qeyd edək ki, martın 22-də Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının iclasında bir qrup deputat tərəfindən ATƏT-in Minsk Qrupunda Fransanın Avropa İttifaqı ilə əvəz edilməsi təklif olunub.
URL / WWW
http://kelam.az/article/a-6003.html