Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Bu kəşf tarixi dəyişəcək
27.03.12 18:18

Elm adamları ABŞ-ın şərq hissəsindəki 6 bölgədə onlarla daş əl alətləri tapdıqlarını açıqlayıblar. Alətlər üzərində aparılan araşdırmalardan sonra onların 19-26 min il yaşında olduğu məlum olub, ən qəribəsi isə odur ki, bu əl alətləri Avropada tapılanlarla tamamilə eynidir. Bu faktlardan sonra məlum olub ki, Avropalı ovçular Amerika yerlilərindən 10 min, Xristofor Kolumdan isə düz 20 min il əvvəl Amerika qitəsini kəşf ediblər və burada yaşamağa başlayıblar.Bu arxeoloji tapıntılar əvvəllər tapılanlardan qat-qat daha vacib və əhəmiyyətlidir. Əvvəllər tapılan insan əliylə hazırlanmış alətlərin yaşı 15 min ildən o tərəfə keçmirdi. İndi tapılan əl alətləri isə daha qədimdir və o dövrlər Avropada istifadə edilənlərlə tamamilə eynidir.
Tədqiqatçılar Qərbi Avropadan yola çıxan Daş Dövrü insanlarının Atlantik okeanın buz səthi ilə təxminən 2500 kilometr məsafə qət edərək, şimali Amerikaya çatdığını iddia edirlər. Buz dövründə Şimali Atlantikin böyük hissəsinin buzla örtülü olduğu, buz təbəqəsindən o tərəfdə isə ovçular üçün böyük ərzaq ehtiyatının olduğu bildirilir.
Amma sonuncu kəşfə qədər bu nəzəriyyəni təsdiq edəcək kifayət qədər fakt yoxuydu. Sonuncu tapıntı ilə əlaqədar Ekseter Universitetinin elm adamları Dennis Stendord və Brüs Bredli kitab nəşr edəcəklər və öz nəzəriyyələrini,  faktlarını təqdim edəcəklər.
Sonuncu kəşfdən sonra tədqiqatçılar Tennesi, Merilend, hətta Texasda Daş Dövrünə aid bir çox tapıntı kəşf edəcəklərinə ümid edirlər.
URL / WWW
http://kelam.az/article/a-5991.html