Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » QMİ-də görüşlər
27.03.12 18:18

KƏLAMinfo. Fevralın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Respublikasının Azərbaycandakı səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Şeyxülislam həzrətləri ölkələrimiz arasındakı münasibətlərin inkişafındakı xidmətlərinə görə səfir İsmətulla İrqaşevə təşəkkürlərini bildirib və diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.


* * *

KƏLAMinfo. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 22-də Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ayren Piter Uyterlindeni onun xahişi ilə qəbul edib. Qonağı səmimi salamlayan Allahşükür Paşazadə yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazandığını bildirib: “Bu uğurlu inkişafın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində irəliləyiş davam edir.
Din-dövlət münasibətləri də yüksək səviyyədə qurulub. Digər ənənəvi dinlərin nümayəndələrinə də ölkəmizdə hər cür şərait yaradılır. Dini rəhbərlərin arasındakı sıx əməkdaşlıq əlaqələri Azərbaycandakı tolerantlıq mühitinin yüksək səviyyədə olmasından xəbər verir. Biz bütün dünyada, o cümlədən Niderland Krallığında yaşayan din xadimləri ilə əlaqələrin qurulmasında maraqlıyıq. Çünki din xadimləri həmişə həqiqəti müdafiə edir, sülhə, sabitliyə çağırırlar”.
Şeyxülislam həzrətləri ərazilərimizin Ermənistan tərəfindən işğal olunmasını təkcə ölkəmiz üçün deyil, bütün region üçün təhlükə adlandırdıb: “Ermənistanın bu işğalçılıq siyasəti bütün regionda sülhün əldə edilməsinə zərbə vurur. Günahsız insanlar, körpə uşaqlar həyatlarını itirilər. Xalqımız Xocalı faciəsinin 20-ci ildönümünü qeyd etməyə hazırlaşır. Yüzlərlə insan bu vəhşiliyin qurbanı olub. Təəssüf ki, Avropa, bütün dünya haqq səsimizi eşitmək istəmir. Diplomatların üzərinə də böyük məsuliyyət düşür. Onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmalı, məsələlərə obyektiv yanaşmalıdırlar. Digər məsələləri dövlətimiz, xalqımız özü həll etməyə qadirdir”.
Niderland Krallığının ölkəmizdəki səfiri Ayren Piter Uyterlinden səmimi qəbula görə minnətdarlığını bildirib, Şeyxülislam həzrətlərinin fəaliyyətini yaxından izlədiyini diqqətə çatdırıb: “Sülhün, sabitliyin əldə edilməsi yolunda göstərdiyiniz səylər alqışa layiqdir. Ermənistanın dini lideri ilə görüşlərdə səsləndirdiyiniz fikirlər, ön xətdən snayperlərin çəkilməsi barədə etdiyiniz çağırışlar bir daha onu göstərir ki, siz həqiqətən də cəsarətli vətəndaş mövqeyi nümayiş etdirirsiniz”.
Sonda səfirə xatirə hədiyyəsi təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-5985.html