Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda intellektual oyunlar üzrə “Xəzər kuboku” beynəlxalq turnirinə start veriləcək
19.03.12 20:44

Martın 23-dən 25-dək Bakıda, Kempinski-Badamdar mehmanxanasında ilk dəfə olaraq intellektual oyunlar üzrə “Xəzər kuboku”(“Caspian Cup”) beynəlxalq turnirinə start veriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Təşkilatçıları Gənclər və İdman Nazriliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi olan yarış üç gün davam edəcək. Burada bilik və bacarıq tələb olunan müxtəlif intellektual oyunlar keçiriləcək. Həmin oyunların sırasında ənənəvi olan “Nə? Harada? Nə zaman?”, “Fərdi oyun” və“ Breyn-ring” oyunları ilə yanaşı, “Xəmsə” milli intellektual oyunu üzrə ilk beynalxalq yarışma da olacaq. Yarışın təşkilati tərəfdaşı “Atəşgah” İntellektual Oyunlar Klubudur. Turnir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sponsorluğu və Gilan Holdinqin dəstəyi ilə həyata keçirilir. Bu tədbirdə Gürcüstandan, Rusiyadan, Ukraynadan, Qazaxstandan, İsraildən, Özbəkistandan, Türkmənistandan və Azərbaycandan 50 yaxın komanda iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-5973.html