Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil şöbələrinin strateji planlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib
19.03.12 20:44

Təhsil Nazirliyi “Rayon (şəhər) təhsil şöbələrində (idarələrdə) strateji planlaşdırma mexanizminin tətbiqi” adlı növbəti seminar keçirib. Seminar Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində reallaşdırılan “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentin icra planına və nazirliyin strateji planına əsasən təşkil edilib. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Seminarın əsas məqsədi rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) 2011-2012-ci illər üçün hazırladıqları strateji planların monitorinqinin nəticələri və 2013-2015-ci illər üçün növbəti strateji planların hazırlanmasına dair müzakirələrin aparılması, həmçinin yerlərdə strateji planlaşdırma mexanizminin tətbiqi vasitəsilə idarəetmə sisteminin təkmilləşdirilməsindən ibarətdir. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi və ölkənin digər rayon (şəhər) təhsil şöbələrindən (idarələrdən) strateji planlaşdırma prosesi üzrə müəyyənləşdirilən məsul şəxslər iştirak edib. Seminar iştirakçılarına rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) 2011-2012-ci illər üçün hazırladıqları strateji planların monitorinqinin nəticələri, 2013-2015-ci illər üçün növbəti strateji planların hazırlanması, yerlərdə müvafiq işçi qrupunun yaradılması və bu prosesə maraqlı tərəflərin cəlb edilməsi, strateji planın elementləri, fəaliyyət və büdcə planlarının hazırlanması barədə ətraflı məlumat verilib. Həmçinin müvafiq istiqamətlər üzrə qruplarda praktiki işlər aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Seminarın sonunda rayon (şəhər) təhsil şöbələrin (idarələrin) 2013-2015-ci illər üçün növbəti strateji planlarının cari ilin oktyabr ayına qədər Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməsi iştirakçıların nəzərinə çatdırılıb.
URL / WWW
http://kelam.az/article/a-5972.html