Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputat beynəlxalq forumda iştirak edəcək
19.03.12 23:44

Milli Məclisin deputatı, Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru Çingiz Qənizadə “Beynəlxalq Həbsxana İslahatları” (“Penal Reform International”) təşkilatı tərəfindən 22-23 mart tarixində Tiflisdə keçiriləcək regional foruma dəvət olunub. Deputatın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Cənubi Qafqazda işgəncələrə və pis rəftara qarşı mübarizə və onların qarşısının alınması mövzusunda təşkil olunan bu forumda dövlət rəsmiləri, insan hüquqları institutları, Azərbaycan, Gürcüstan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edəcək.Regional forumda işgəncələrin qarşısının alınması və hazırda mövcud olan nəzarət mexanizminin səmərəliliyi və daha da yaxşılaşdırılması imkanları, işgəncə qurbanlarının reabilitasiyası ilə bağlı məsələlər müzakirə olunacaq. Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə ATƏT-in Ofisi tərəfindən dəstəklənən tədbirdə Çingiz Qənizadə Ədliyyə naziri yanında İctimai Komitənin fəaliyyəti, Azərbaycanda penitensiar müəssisələrdə aparılan islahatlar barədə çıxış edəcək.
URL / WWW
http://kelam.az/article/a-5969.html