Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ramil Həsənov MDB PA-nın 20 illiyinə həsr olunmuş Xüsusi Sessiyaya qatılacaq
20.03.12 02:41

Martın 26-28-i tarixlərində TÜRKPA baş katibi Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş Xüsusi Sessiyada iştirak etmək məqsədilə Qazaxıstanın Almatı şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Sessiyada MDB-yə üzv ölkələrinin və digər ölkələrin parlament sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Sessiya çərçivəsində TÜRKPA baş katibinin təşkilatın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və bir çox beynəlxalq təşkilatın nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Səfərdə TÜRKPA baş katibini müavinləri Mels Semgaliyev və Bektemir Ziyadinov müşayiət edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-5968.html