Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputat AŞPA-nın komitə iclasına qatılacaq
20.03.12 02:41

Sabah millət vəkili Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. İclasda “İqtisadi və maliyyə böhranlarından sonra normal yaşayış üçün təqaüdlərin müəyyən edilməsi”, “Vergi ilə bağlı siyasətin formalaşması”, “Maliyyə əməliyyatlarında sosial ədalətin bərpası”, “Orqan alverinə qarşı mübarizə üçün Avropa Konvensiyasına doğru” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq, komitənin işçi proqramı və gələcək prioritetləri müəyyənləşdiriləcək. S.Fətəliyeva iclasda qaldırılacaq məsələlərə öz münasibətini bildirəcək. Səfər çərçivəsində deputat Ətraf mühit və enerji məsələləri, Sosial və iqtisadi hüquqlar, İctimai sağlamlıq üzrə alt komitələrin toplantılarına qatılacaq. Səfər martın 25-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-5966.html