Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi TQDK-ya “Tarix” dərsliklərindəki səhvlərin aradan qaldırılacağı vədini verib
16.03.12 20:56

“Tarix” və “Biologiya” dərsliklərindəki səhvlərlə bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmiləri, eləcə də dərslik müəllifləri və ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu məlumatı TQDK sədri Məleykə Abbaszadə verib. Sədrin sözlərinə görə, dərsliklərlə bağlı yaranmış problem artıq həll olunub: “TQDK-nın dərsliklərdəki səhvlərlə bağlı səsləndirdiyi iraddan sonra Təhsil Nazirliyi bu il çap ediləcək “Tarix” dərsliklərindəki nöqsanları aradan qaldırmalarına söz verib”. M.Abbaszadə belə bir nəticəyə görə şad olduğunu vurğulayıb: “Bizim əsas işimiz odur ki, təhsil sistemində birgə uğur əldə etmək üçün bir-birimizin tədqiqatlarının nəticələrindən faydalanaq”. Xatırladaq ki, “Biologiya” dərsliklərindəki səhvlərə gəldikdə isə TQDK sədri bildirib ki, bu gün Təhsil Nazirliyi ilə bu dərslikdəki səhvlərlə bağlı müzakirələr aparılır: “Mən əminəm ki, bu dərslikdə də tərəfimizdən göstərilən səhvlərin aradan qaldırılması istiqamətində işlər aparılacaq”.
URL / WWW
http://kelam.az/article/a-5963.html